
Şam Yeməyi axşam şousu
Bu veriliş, obrazlı desək, böyük bir masa kimidir. Biz masamızın ətrafında dinləyicilərimizin şəxsi etiraflarını məmnuniyyətlə dinləməyə hazırıq. Ən cəsarətli etiraf sahiblərinin yanımızda daim yeri olacaq. Masamızı zarafatla, deyib-gülərək, yaşadığımız və eşitdiyimiz hadisələri şərh edərək, dinləyicilərlə birlikdə böyüdəcəyik.
İşdən sonra deyib-gülərək müxtəlif mövzularda müzakirələr aparırıq, faydalı, əyləncəli məlumatları sizinlə bölüşürük.
Müsabiqəmizdə iştirak edən dinləyicilər isə həm əla əhval-ruhiyyə, həm də pul qazanır.
“Şam yeməyi” radioşousu Prime Time saatlarında iş yorğunluğunu aradan qaldırır.




