Skip to content Skip to footer
Loading Events

« All Events

Xalq artisti Mirzə Babayevin anım günüdür

Dec 29, 2023 @ 9:00 pm - Oct 1, 2024 @ 10:30 pm

Bu gün Xalq artisti, “Şöhrət” ordenli, Azərbaycan estradasının banilərindən biri hesab olunan Mirzə Babayevin vəfatından 21 il ötür.

Oxu.Az xatırladır ki, Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açıb.

1935-1940-cı illərdə Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb.

Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişib. Cəbhəyə gedib, bir çox döyüşlərdə igidliklər göstərib. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazanıb.

Mirzə Babayevin özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salırdı. O, mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

Onun görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.

 

 

Details

Start:
Dec 29, 2023 @ 9:00 pm
End:
October 1 @ 10:30 pm
Event Category:

Venue

Manhattan Club
350 5th Ave
New York, NY 10118 United States
Phone
88001234567
View Venue Website

Seçilən Dalğa

Ünvan

Bakı şəhəri, Məmməd Araz küc.25, English Yard

Bizə yazın

mediafm@mediafm.az

+99477 375 10 55

Bizi izləyin

Media FM 105.5 MHz