Aparıcılar

DJ Fateh

DJ Fateh 1999-cu ildən radio-efirdədir. Bu vaxt ərzində o, müxtəlif radiostansiyalarında aparıcı olub. 2009-cu ilin fevralından, yəni radiomuz fəaliyyətə başlayan ilk gündən, Media FM-dədir. Səhərlər tez oyanmaq – onun işinin adıdır. Başqalarını oyatmaq isə - ustalıqla etdiyi bir bacarıq. Onun Rəvanla və Gülayla apardığı “BAMBOLEO” səhər şousu hər gün dinləyiciləri üzügülər yol getməyə və üzlərində, izah edə bilmədikləri, təbəssümlə işə gəlməyə məcbur edir. Fateh, hal-hazırda, həm də Media FM-in baş prodüseridir.

Rəvan Bağırov

Rəvan Bağırov radioda ilk debütünü 2012-ci ilin sentyabrında, MANPASI səhər şousunda edib. Eyni zamanda, Rəvan peşəkar dizayner və əla fotoqrafdır. Radio onun üçün əvvəllər hobbi idisə, indi səhər efirə çıxmaq həyatının ayrılmaz hissəsinə çevrilib. Baxmayaraq ki, aparıcılarımız arasında radio təcrübəsi ən az olan Rəvandır, bu onun qısa müddətdə sevilməsinə mane ola bilmədi. Çünki o əsl komanda oyunçusudur və peşəkar olmağa həvəslidir. Subaydır. 

Gülay

Gülay həm kitab yazır, həm rəsm çəkir, həm foto sənəti ilə məşqul olur, həm də seriallarda çəkilir. Amma bütün bunları etməzdən əvvəl o radioya gəlir. Səhəri Gülay məhz Media FM-də açır. Radioda işləmək səmimi və xəyalpərəst Gülayın uşaqlıq arzusu idi. Xüsusiyyətləri sayəsində, o, səhər şousunun tamhüquqlu üzvunə çevirilib. Beləliklə də, Gülay “Bamboleo”da Fateh və Rəvanla səmimi qəlbdən hücuma keçir.

Emil Nəsirov

Emil Nəsirov – ŞHK-nın Bakı yığmasının primalarından biridir. Bizə görə isə yeni nəsil şən və hazırcavablar arasında Emildən yaxşısı yoxdur. Media FM-ə isə, o, ona görə gəlib ki, hər axşam sizi evə şən əhval-ruhiyyədə çatdırsın. İnanın ki, Emilin istəyi tam səmimidir, bu onun həyat prinsipidir: “səmimiyyət və pozitivlik”. Doğurdan da, daha çox insana sevinc və təbəssüm bəxş etməkdə pis nə var ki? Məhz buna görə, axşam şoumuza onu dəvət etdik ki, “CoMediya FM” başlasın!

Venera

Venera Bakı Dövlət Universitetininin jurnalistika fakültəsini 2010-cu ildə bitirəndə, ən böyük arzusu xəbərlə işləmək idi. İş elə gətirdi ki, o, Media FM-ə CV göndərdi və qısa müddətdə efirə çıxdı. Əslində, o öz Media FM hekayəsini başqa həmkarları üçün örnək hesab edir. Dünyada ən çox sevdiyi iki şey var - işə gəlmək və evə getmək. Birincini həvəslə edir, ikincini isə xüsusi şövqlə. İş ondadır ki, o, Xızıda yaşayır.

DJ Red

DJ Red yeganə aparıcımızdır ki, efirdə sevdiyi musiqini səsləndirə bilir. Dediyinə görə, o, vallar və musiqi alətləri arasında böyüyüb. Onların bəzilərində ifa etməyi də bacarır: fortepiano və zərb alətlərində. Musiqidən savayı, Red boks, yeni texnologiyalar və... astronomiya ilə maraqlanır. Sonuncu maraq vaxtaşırı seçdiyi musiqilərdə də hiss olunur. Yeri gəlmişkən, radio aləminə, o, 2001-ci ildə gəlib və imkan daxilində ondan uzaqlaşmır. Çünki dinləyicilərə alternativ musiqini çatdırmağı özünə borc bilir, “Burada və indi!” Sevdiyi şüara uyğun olaraq.

USD 1.69964

TRY 0.48337

RUB 0.02884

EUR 1.91957

Baki ˚C

DİNLƏ